Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB

2026/05/1779292130.jpg
Oxunub: 572     22:35     20 May 2026    
Türkiyə Sudanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi davam etdirir.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanın Baş naziri Kamil İdrisi qəbul edərkən deyib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında yayılan məlumata görə, görüşdə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Türkiyə ilə Sudan arasındakı münasibətlərin, atılan və atılacaq addımlarla daha irəli aparılmasının hədəfləndiyini bildirib.

***

Sudanın Baş naziri Kamil İdris Türkiyəyə işgüzar səfər edib.

Ordu.az xəbər verir ki, onu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.

Prezident Sarayında baş tutan görüşün təfərrüatları hələ açıqlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Sudan  


Bizi "telegram"da izləyin