Ordu.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, manevrlər çərçivəsində “Typhon” sistemləri ilə birlikdə HIMARS yaylım atəşli reaktiv sistemləri də yerləşdiriləcək.
Bu, “Typhon” komplekslərinin Yaponiyada ikinci dəfə yerləşdirilməsi olacaq. Həmin sistemlər SM-6 raketləri və təxminən 2 min kilometr mənzilli “Tomahawk” qanadlı raketlərini buraxa bilir.
İlk dəfə bu komplekslər 2025-ci ildə ABŞ Dəniz Piyadaları Korpusunun İvakunidəki bazasında yerləşdirilmişdi və planlaşdırılandan daha uzun müddət qalması yerli əhalinin narazılığına səbəb olmuşdu.
Yaponiya Müdafiə Nazirliyi bildirib ki, hazırkı yerləşdirmə zamanı döyüş atışları həyata keçirilməyəcək.
“Valiant Shield” və “Orient Shield” təlimlərinin ABŞ ilə Yaponiya arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi və birgə potensialın artırılmasına yönəldiyi qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az