Corcia Meloni İsraildən “Sumud” donanmasının fəallarına görə üzr tələb edib

2026/05/1779291870.jpg
Oxunub: 345     19:36     20 May 2026    
İtaliyanın Baş naziri Corcia Meloni Qəzza zolağına doğru hərəkət edən fələstinmeylli “Sumud” donanmasının saxlanılan iştirakçılarına İsrail hakimiyyətinin münasibətini qəbuledilməz adlandırıb.

Ordu.az xəbər verir ki, hadisə ilə əlaqədar İsrailin İtaliyadakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Meloni və xarici işlər naziri Antonio Tayani tərəfindən yayılan birgə bəyanatda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin saxlanılan şəxslərin görüntülərini paylaşmasının “insan ləyaqətini alçaltdığı” bildirilib.

“Bu etirazçıların, o cümlədən çoxsaylı İtaliya vətəndaşlarının belə rəftara məruz qalması yolverilməzdir”, - deyə bəyanatda qeyd olunub.

Roma eyni zamanda İsraildən üzr istənilməsini və saxlanılan italiyalıların dərhal azad edilməsini tələb edib.

Daha əvvəl İsrail Qəzza sahillərinə doğru hərəkət edən “Sumud” donanmasının bütün gəmilərinin saxlanıldığını açıqlamışdı.

Məlumata görə, saxlanılan 430 fələstinmeylli fəal arasında İtaliya vətəndaşları, o cümlədən parlamentin bir deputatı da var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloni   İsrail   Sumud  


Bizi "telegram"da izləyin