Ordu.az xəbər verir ki, Qalibafın sözlərini “Tasnim” agentliyi yayıb.
O bildirib ki, İran xalqı ölkənin silahlı qüvvələrinin atəşkəs rejimindən öz gücünü bərpa etmək üçün istifadə etdiyinə əmin olmalıdır.
“Düşmənin açıq və gizli addımları göstərir ki, o, müharibənin yeni mərhələsinə can atır”, - deyə Qalibaf qeyd edib.
İran parlamentinin sədri vurğulayıb ki, İran yenidən hücuma məruz qalarsa, qarşı tərəf buna görə peşman olacaq.
Sevinc Əliyeva
Ordu.az