Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı - CENTCOM məlumat yayıb.
Bildirilib ki, 2026-cı il mayın 20-nə olan məlumata əsasən, ABŞ qüvvələri 90 ticarət gəmisinin istiqamətini dəyişdirib, daha dörd gəmi isə blokada rejiminin təmin edilməsi məqsədilə sıradan çıxarılıb.
CENTCOM qeyd edib ki, İran limanlarının blokadasına nəzarət gecə-gündüz davam etdirilir.
Əməliyyatda iki aviadaşıyıcı, üç böyük desant gəmisi, raket esminesləri və sahilyanı döyüş gəmiləri daxil olmaqla 20-dən çox ABŞ hərbi gəmisi iştirak edir.
Bundan əlavə, Ərəb dənizində patrul xidməti həyata keçirən təxminən 100 qırıcı təyyarə, helikopter və yanacaq doldurma təyyarəsinin bölgədə yerləşdirildiyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az