SEPAH: Son bir gündə 26 gəmi Hörmüz boğazından keçib

2026/03/1773466996.jpg
Oxunub: 369     19:24     20 May 2026    
Son 24 saat ərzində 26 ticarət gəmisi Hörmüz boğazından keçib.

Ordu.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, neft tankerləri, konteyner daşıyan gəmilər və digər ticarət gəmilərinin keçidi İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin koordinasiyası və təhlükəsizlik təminatı ilə həyata keçirilib.

Məlumata görə, ABŞ və İsrailin İrana qarşı başladığı müharibədən sonra bölgədə vəziyyət gərgin olaraq qalır.

İran tərəfi ABŞ, İsrail və İslam Respublikasına qarşı əməliyyatları dəstəkləyən ölkələrin gəmiləri üçün Hörmüz boğazını bağlamaq qərarı verdiyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   Hörmüz  


Bizi "telegram"da izləyin