“Ermənistanın hazırkı hakimiyyəti təxribatçıların hakimiyyətidir və ona başçılıq edən də təxribatçıdır” - Köçəryan

2026/05/1779026613.jpg
Oxunub: 485     19:19     20 May 2026    
“Ermənistanın hazırkı hakimiyyəti təxribatçıların hakimiyyətidir və ona başçılıq edən də təxribatçıdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazir postuna namizədi Robert Köçəryan Proşyan sakinləri ilə görüşü zamanı deyib.

Köçəryan bildirib ki, seçkilər zamanı bütün namizədlər vədlər verir və xalqın səsini almağa çalışır, lakin əsas məsələ əvvəlki vədlərin necə yerinə yetirilməsidir.

O qeyd edib ki, “Vətəndaş Müqaviləsi” partiyasının 2021-ci il proqramına baxdıqda vədlərlə görülən işlərin tam əks olduğunu görmək mümkündür.

Erməni siyasətçi vurğulayıb ki, onun fəaliyyətinə veriləcək əsas qiymət ölkəni hansı vəziyyətdə təhvil alması və hansı vəziyyətdə təhvil verməsi ilə ölçülməlidir.

Çıxışı zamanı izdihamdan müxtəlif şüarlar səsləndirilib. Köçəryan insanları təxribatçılara sakit yanaşmağa çağıraraq onların hakimiyyət tərəfindən idarə olunduğunu bildirib.

“Bu hakimiyyət başdan-ayağa təxribatçı hakimiyyətdir. Bu adam 44 günlük müharibəni təhrik etdi, danışıqlar prosesini iflasa uğratdı və müharibədə məğlub oldu”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin