Ordu.az xəbər verir ki, bu barədə “The Economist” jurnalı Şimali Atlantika Alyansındakı ölkə nümayəndələrinə istinadən məlumat yayıb.
“Bəzi Avropa silahlı qüvvələri yalnız ABŞ-nin yardımı olmadan deyil, həm də NATO-nun komanda və idarəetmə infrastrukturunun əhəmiyyətli hissəsi olmadan döyüş əməliyyatlarının aparılması üçün gizli planlar hazırlayırlar”, - deyə nəşrdə bildirilib.
Qeyd olunub ki, NATO-nun gələcəyi ilə bağlı narahatlığın səbəbi Qrenlandiya və ABŞ ətrafında yaranmış böhran olub.
Eyni zamanda jurnalın məlumatına görə, NATO Baş katibi Mark Rutte rəsmilərə Vaşinqtonu qıcıqlandırmamaq üçün alternativlərin axtarışı barədə danışmağı qadağan edib.
Sevinc Əliyeva
Ordu.az