Ordu.az xəbər verir ki, görüş zamanı iki ölkə lideri çay süfrəsi arxasında söhbət ediblər.
Danışıqlar qapalı rejimdə və məhdud tərkibdə keçirilir.
Görüşdə hər tərəfdən cəmi dörd nümayəndə iştirak edir.
Rusiya tərəfdən Putindən başqa, görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya liderinin köməkçisi Yuri Uşakov, Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin və Rusiyanın Pekindəki səfiri İqor Morqulov iştirak edir.
Çay süfrəsindən əvvəl Putin və Si Cinpin TASS və “Sinxua” agentliklərinin hazırladığı “Böyük xalqların sarsılmaz dostluğu, böyük dövlətlərin strateji tərəfdaşlığı” adlı sərgiyə baxıblar.
26 fotoşəkildən ibarət ekspozisiya iki ölkə liderlərinin şəxsi təmaslarını və müxtəlif sahələrdə Rusiya-Çin əməkdaşlığının ardıcıl inkişafını əks etdirir.
Sevinc Əliyeva
Ordu.az