Köçəryan: “Ermənistanın təhlükəsizliyi Azərbaycandan asılı olacaq”

2026/05/1779282090.jpg
Oxunub: 361     16:56     20 May 2026    
“Bu hökumət elə bir vəziyyət yaradır ki, Ermənistanın təhlükəsizliyi Azərbaycandan asılı olmalıdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan Kasax sakinləri ilə görüşündə bildirib.

Erməni siyasətçi sakinləri narahat edən problemlərə, məktəblərin və pasport şöbələrinin bağlanmasına toxunub və insanlara narahatlıq yaradan bütün addımları ləğv edəcəyinə söz verib.

Köçəryan vurğulayıb ki, “Hayastan” blokunun əsas tezislərindən biri təhlükəsizlikdir.

“Təhlükəsizlik təmin edilməlidir. Hökumət elə bir vəziyyət yaradır ki, ölkənin təhlükəsizliyi Azərbaycandan asılı olacaq”, - deyə o bildirib.

Köçəryan həmçinin qeyd edib ki, insanlar Paşinyanı tənqid edəndə sonuncu elə düşünür ki, həmin şəxsləri onlar (müxalifət-red.) göndəriblər, halbuki belə deyil.

O vurğulayıb ki, Paşinyan öz ətrafına özü kimilərini toplayır və bununla mənfi atmosfer yaradır.

Köçəryan davam edən seçkiqabağı kampaniyanın nəticələrini müsbət qiymətləndirib, lakin “Vətəndaş Müqaviləsi” partiyasının fəaliyyət üsulu barədə mənfi fikir bildirib.

O, vəziyyətin süni şəkildə gərginləşdirilməsini, təhdidləri və inzibati resurslardan istifadəni tənqid edib.

“Hayastan” blokuna gəlincə isə erməni siyasətçi marağın və müsbət münasibətin açıq şəkildə artdığını qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin