Ordu.az xəbər verir ki, Rusiya lideri Çində rəsmi səfərdədir.
Protokol danışıqları artıq başa çatıb və liderlər onların nəticələri ilə bağlı bəyanatlarla çıxış ediblər.
Təntənəli qəbuldan sonra (diplomatik praktikada rəsmi və qeyri-dövlət səfərləri zamanı belə tədbirlər məcburi hesab olunmur, buna görə də bu xüsusi ehtiram əlaməti sayılır) Rusiya və Çin liderləri çay süfrəsi arxasında qeyri-rəsmi şəraitdə söhbət edəcəklər.
Bildirilir ki, bu görüş səfərin məzmun baxımından ən vacib hissəsi olacaq.
Təntənəli qəbulun, eləcə də Putinin səfərinin Qonşuluq, Dostluq və Əməkdaşlıq haqqında müqavilənin 25 illiyinə həsr olunduğu qeyd edilib.
Bu gün Moskva və Pekin həmin müqavilənin qüvvədə olma müddətini uzadıblar.
Sevinc Əliyeva
Ordu.az