Ordu.az xəbər verir ki, təkliflə Milli Məclisin deputatı Pərvanə Vəliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?" mövzusuna həsr edilmiş parlament üzvlərinin dəyirmi masasında çıxış edib.
O qeyd edib ki, məqsəd parlament müzakirələrində tövsiyə etmək və şəhərsalmada dayanıqlılıq üzrə təbliğatımızda istifadə etmək üçün sübutlara əsaslanan məlumatlar yaratmaq, qanunvericilik üzrə birgə tədqiqatlar aparmaqdır:
"Parlamentlər seçicilərlə birbaşa əlaqə vasitəsilə qanunların praktikada necə işlədiyini anlamaq üçün unikal mövqedədirlər. Zamanla effektiv qanunvericilik sistemləri tənzimləməkdən daha çox şey edir - ictimai davranışları dəyişdirə, düşüncə tərzinə təsir edə və daha sağlam, daha dayanıqlı cəmiyyətlərin qurulmasına töhfə verə bilər. Uğurlu qanunvericilik təcrübələrini öyrənməklə və müqayisəli təcrübələri bölüşməklə müxtəlif ölkələrdə və siyasi sistemlərdə parlament üzvləri üçün dəyərli rəhbərlik bazası yarada bilərik.
Bu cür əməkdaşlıq bizə yalnız fikir mübadiləsi aparmaqla yanaşı, həm də birlikdə daha effektiv şəhər siyasəti inkişaf etdirməyə kömək edər. Gəlin bu parlament dialoqunu - BMT-Habitat və qlobal tərəfdaşlarımızla birlikdə - təkcə bu forumda deyil, həm də ondan kənarda davam etdirək. Birlikdə daha çox insan mərkəzli, gələcəyə yönəlmiş şəhər qanunvericiliyi və idarəçiliyinə sahib olmağı təmin edə bilərik".
Ordu.az