Ordu.az xəbər verir ki, Trampın sözlərini “Reuters” agentliyi sitat gətirib.
“Bal zalının bütün damı hərbi məqsədlər üçün layihələndirilib. Orada pilotsuz uçuş aparatları üçün böyük yerləşdirmə sahəsi var. Dam yalnız pilotsuz uçuş aparatlarının zərbələrindən qorunmur, həm də o qədər möhkəmdir ki, pilotsuz uçuş aparatı toqquşduğu halda sadəcə geri sıçrayacaq və heç bir zərər vura bilməyəcək. Bundan əlavə, həmin yer bütün Vaşinqtonu qoruyacaq pilotsuz uçuş aparatları bazası kimi fəaliyyət göstərəcək”, - deyə Tramp bildirib.
Onun sözlərinə görə, yuxarıdakı zal binası yeraltı hissə üçün qoruyucu rol oynayacaq və konstruktiv baxımdan onlar vahid kompleks təşkil edirlər.
Tramp qeyd edib ki, düz dam snayper mövqeləri üçün nəzərdə tutulub və oradan bütün Vaşinqtonu müşahidə etmək mümkün olacaq.
ABŞ Prezidenti əlavə edib ki, binanın şüşələri hətta 10 santimetrlik güllənin zərbəsinə davam gətirə bilər.
Bunkerdə həmçinin bomba sığınacaqları, hərbi hospital və hərbçilər üçün xüsusi sahələr yerləşəcək.
Tramp bildirib ki, tikinti özəl ianələr hesabına həyata keçirilir və işlər plan üzrə davam edir.
Prezident vurğulayıb ki, bu layihə ABŞ üçün hədiyyədir.
Sevinc Əliyeva
Ordu.az