SEPAH Vaşinqtonu Yaxın Şərq hüdudlarından kənarda zərbələrlə hədələyib

2026/05/1779273022.jpg
Oxunub: 361     14:29     20 May 2026    
İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin hərbi əməliyyatları yenidən başlatmaq qərarı verəcəyi təqdirdə Yaxın Şərq hüdudlarından kənarda yerləşən ərazilərə zərbələr endirməyə hazır olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“Əgər İrana qarşı təcavüz təkrarlanarsa, bu dəfə müharibə region sərhədlərindən kənara yayılacaq”, - deyə SEPAH bəyan edib.

Qeyd olunub ki, bu halda qurumun döyüşçüləri “gözləmədiyiniz yerlərə dağıdıcı zərbələr endirəcəklər”.

SEPAH həmçinin bildirib ki, İsrail və ABŞ-nin hərəkətlərinə cavab olaraq həyata keçirilən hücumlarda hələlik “bütün gücündən istifadə etməyib”.

ABŞ Prezidenti Donald Tramp mayın 19-da bəyan edib ki, Amerika hərbçiləri ehtimal ki, yenidən İrana zərbə endirmək məcburiyyətində qala bilərlər.

O vurğulayıb ki, İran nüvə silahına malik olmamalıdır və ABŞ Demokratlar Partiyasını danışıqlara mane olmaqda ittiham edib.

Tramp həmçinin qeyd edib ki, bazar ertəsi hücumdan “bir neçə saat əvvəl” İrana yeni zərbə endirilməsi barədə əmri ləğv edib.

ABŞ lideri əlavə edib ki, İranla diplomatik səylərin davam etdirilməsi üçün məhdud vaxt verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   Vaşinqton  


Bizi "telegram"da izləyin