Ordu.az xəbər verir ki, bu barədə iqtisadi məsələlər üzrə Avropa komissarı Valdis Dombrovskis açıqlama verib.
Onun sözlərinə görə, bu məbləğ 2026-2027-ci illər üçün təsdiqlənmiş 90 milyard avroluq maliyyə proqramının tərkib hissəsidir.
“Biz Ukrayna ilə ölkəyə büdcə yardımı göstərilməsi üçün zəruri olan anlaşma memorandumu üzrə danışıqları tamamlamışıq”, - deyə Dombrovskis bildirib.
O dəqiqləşdirib ki, söhbət Ukrayna parlamentinin həmin memorandumu ratifikasiya etməsi şərti ilə “iyunun ortalarında” köçürüləcək 3,2 milyard avroluq tranşdan gedir.
Sevinc Əliyeva
Ordu.az