Erməni siyasi xadim: “1 Mart” işi ilə bağlı artıq yeni heç nə edə bilməzlər, sadəcə manipulyasiya edirlər”

2026/05/1779272480.jpg
Oxunub: 323     14:14     20 May 2026    
“2008-ci il 1 mart hadisələri ilə bağlı iş üzrə mümkün olan hər şey artıq edilib və hakimiyyət bu iş üzrə yeni heç nə “aşkar” edə bilməz”.

Ordu.az xəbər verir ki, bunu “İşıqlı Ermənistan” partiyasının lideri Edmond Marukyan jurnalistlərlə söhbəti zamanı Nikol Paşinyanın işin artıq açıldığı ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, hakimiyyət əvvəlki rejimlərin korrupsiya işlərini də mənasızlaşdırıb və insanlar burada da aldadıldıqlarını bilməlidirlər.

“Paşinyan deyir ki, iş açılıb və Robert Köçəryan həbs olunmalıdır. Səkkiz il ərzində ölkəni idarə edib Köçəryanın həbs olunması mövzusundan yapışmaq necə mümkün ola bilər? Bu yalandır, heç kim də həbs olunmayacaq”, - deyə Marukyan bildirib.

O, həmçininq eyd edib: “Onlar yenidən seçilmək, parlamentə getmək və birlikdə Strasburqda gəzmək istəyirlər. Biz bunu son 5 ildə gördük”.

Marukyanın sözlərinə görə, eyni vəziyyət “27 Oktyabr” işi ilə bağlı da yaşanır və bəzi şəxslər ümumiyyətlə qan üzərindən karyera qururlar.

O qeyd edib ki, belə şəxslərdən biri Andranik Köçəryandır.

Marukyan bildirib ki, həmin şəxs karyerasına 0038 məxfi əmrlə, yəni “1 Mart” işi ilə başlayıb, daha sonra deputat olub, Aprel döyüşləri mövzusu üzrə komissiya sədri vəzifəsini qoruyub saxlayıb, daha sonra isə 44 günlük müharibənin halları ilə bağlı hesabatla məşğul olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Marukyan  


Bizi "telegram"da izləyin