Zaxarova Qərbin Paşinyana qarşı “kampaniya aparılması” ittihamlarını sinizm adlandırıb

2026/05/1779270263.jpg
Oxunub: 443     13:38     20 May 2026    
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı kampaniya başlatdığı ilə bağlı ittihamları şərh edərək, onun öz vətəndaşları ilə davranışına diqqət yetirməyə çağırıb.

Ordu.az xəbər verir ki, diplomat bu barədə “Sputnik” radiosunun efirində danışıb.

“Qərb KİV-ləri bəyan ediblər ki, guya Rusiya Paşinyana qarşı kampaniya başladıb”, - deyə Zaxarova bildirib.

O, “Paşinyanın bu gün qışqırdığı Ermənistan vətəndaşlarına diqqət yetirməyə” çağırıb.

“Onun dediyi kimi, “yanındakı tualetdə başını əzmədiklərinə görə minnətdar olmalı olan” qadına, nəvəsi ölmüş və Paşinyanın çağırışı ilə mitinqə gəlib sual verən kişiyə baxın. Həqiqətən ürəyim qan ağlayır, o kadrlara baxın. Həmin şəxsi isə guya ora 550 dollar müqabilində gəldiyi ilə ittiham ediblər”, - deyə Zaxarova vurğulayıb.

“Bu vəziyyəti Rusiyanın üzərinə atanda sinizmin də bir həddi olmurmu? Burada Rusiyanın nə aidiyyəti var?” - deyə o sual verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Paşinyan  


Bizi "telegram"da izləyin