Ordu.az-ın məlumatına görə, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu fəsadlar insanın həyatının fərqli sahələrində fəsadlar törədir.
A.Abbasov buna misal kimi ətraf mühit problemlərini göstərib:
"Müstəmləkəçilik siyasəti ətraf mühitə çox ciddi təsir göstərib. Bundan başqa şəhərsalma kontekstində də, çox böyük fəsad var. Mənzil böhranı məsələsində problemin əsas amillərindən biri müstəmləkəçilik siyasətinin irsi olmasıdır".
İcraçı direktor vurğulayıb ki, bundan öncə Qəmər adaları İttifaqının ayrılmaz hissəsi olan Fransa tərəfindən işğal edilmiş "Mayot" adasında təbii bir fəlakət bir çox kölgədə qalan məsələlərə aydınlıq gətirdi:
"Dünya ictimaiyyəti gördü ki, həmin sözügedən adada heç bir infrastruktur və şəhərsalmadan söhbət gedə bilməz. Fəlakətdən öncə belə əhalinin 90 %-i mənzil böhranı yaşayıb. Yalnız Fransa müstəmləkələrində deyil, bu Niderland müstəmləkələrində də, bu vəziyyət mövcuddur. Biz çalışacağıq ki, dünya ictimaiyyətinə bu reallıqları çatdıraq".
Ordu.az