Ordu.az xəbər verir ki, bunu WUF13 çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş "Yaradan" adlı sənədli filmin təqdimatı zamanı jurnalistlərə açıqlamasında filmin ssenari müəllifi, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirib.
Onun sözlərinə görə, filmin əsas məqsədi azərbaycanlıların yaradıcı xalq olduğunu göstərməkdir. Biz qısa bir müddətdə işğaldan azad edilmiş ərazilərdə kiçik bir cənnət yaratmışıq və “Böyük Qayıdış” prosesini reallaşdırmışıq. İnsanlar artıq həmin ərazilərə qayıdırlar".
Ayaz Mirzəyev qeyd edib ki, bugünkü təqdimatda filmi izləyən xarici qonaqlar daha çox ağıllı şəhər texnologiyaları, yeni infrastruktur, günəş panellərinin istifadəsi ilə maraqlanıblar:
"Biz filmdə həmçinin yaşıl zonalar, dayanıqlı yaşayış məntəqələri və ekoloji yanaşmalar haqqında da məlumat vermişik. Amma bunu klassik təqdimat kimi deyil, insanların dili ilə, onların hekayələri vasitəsilə göstərmişik".
Ordu.az