Ordu.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali WUF13 çərçivəsində keçirilən “Dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafı” mövzusunda tədbirin iştirakçılarına müraciətində deyib.
O vurğulayıb ki, “Dağlıq ərazilərdə yerləşən şəhərlər üçün mənim rayonum” adlı xüsusi məqsədli proqramı dağ yaşayış məntəqələrinin problemlərinə həsr olunub.
“Bu təşəbbüs həssas dağ ekosistemlərinin idarə olunması üçün şəhərsalma strategiyalarını təqdim edir və əhali artımı ilə iqlim dəyişikliklərinə davamlılıq, biomüxtəlifliyin qorunması və təbii fəlakət risklərinin azaldılması arasında balansın təmin olunmasını nəzərdə tutur.
Proqram yüksək dağlıq və dağ regionlarında həyat fəaliyyətinin təmin edilməsinin spesifik aspektlərini, xüsusilə iqlim dəyişiklikləri və təbii fəlakətlərə davamlılıq baxımından nəzərdən keçirir. Bu isə dağ yaşayış məntəqələrinin təbii kataklizmlər və ekstremal temperatur şəraitində yüksək həssaslığı nəzərə alınmaqla xüsusilə актуal məsələdir”.
Erfan Ali əlavə edib ki, “UN-Habitat” mədəni xüsusiyyətləri, iqlim şəraitini, biomüxtəlifliyin qorunması və dağ landşaftlarının mühafizəsi zərurətini nəzərə alan şəhərsalma metodlarını təşviq edir. Bu metodlar şəhərlərin həddindən artıq genişlənməsinin qarşısını almaq üçün kompakt və qarşılıqlı əlaqəli şəhər planlaşdırılmasına yönəlib.
“Əsas prioritetlər dağ yaşayış məntəqələrinin yaşayış qabiliyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin və inklüzivliyinin təmin olunmasıdır.
UN-Habitat bu sahədə MDB ölkələrinin nümayəndəlikləri, xüsusilə Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan kimi ölkələrlə fəal əməkdaşlıq edir”.
Regional direktor qeyd edib ki, MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının səylərini olduqca vacibdir.
“Bu istiqamətdə dağ ərazilərinin dayanıqlı inkişafı üzrə model konsepsiyanın hazırlanması və qəbul edilməsi xüsusi yer tutur.
Biz gələcəkdə də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının müvafiq təşəbbüslərini dəstəkləmək və dayanıqlı inkişaf üzrə ümumi məqsədlərə nail olmaq üçün birgə işi daha da aktivləşdirmək niyyətindəyik”.
Ordu.az