Azərbaycan Qarabağ modelini SPECA ölkələri ilə bölüşəcək

2026/05/16847-1779268048.jpg
Oxunub: 319     12:39     20 May 2026    
Azərbaycan Qarabağ modelini BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) ölkələri ilə bölüşəcək.

Ordu.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə "ağıllı", sıfır emissiyalı və dayanıqlı şəhərlər qurulur: "Bölgədə 85 min nəfərin geri dönüşü üçün yeni urbanizasiya modeli formalaşdırılır. Layihələr çərçivəsində bərpa olunan enerji, rəqəmsal idarəetmə və insan mərkəzli şəhərsalma yanaşmaları tətbiq edilir. Azərbaycan bu təcrübəni SPECA regionu ölkələri ilə bölüşməyə hazırdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ   SPECA  


Bizi "telegram"da izləyin