Ordu.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatının (UNIDO) Enerji Sistemləri və Sənayenin Dekarbonizasiyası şöbəsinin rəhbəri Rikkardo Savilyano WUF13 çərçivəsində keçirilən "Şəhər-sənaye-iqlim qarşılıqlı əlaqəsində mənzil və binaların karbonsuzlaşdırılması" adlı tədbirdə deyib.
O, tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib:
"Burada olmaq mənim üçün bir zövqdür. Bizə burada çıxış etmək imkanı yaratdığı üçün Azərbaycan hökumətinə təşəkkür edirəm. Dünən bir binanın üzərində belə bir yazı görmüşdüm - "Azərbaycanda keçmişə hörmət edir, bu günü yaşayırlar". Bu, mənim çox xoşuma gəldi. Bunun bir şüar olub-olmadığını bilmirəm, amma mənə çox maraqlı gəldi. Artıq bir neçə ildir ki, Azərbaycan hökuməti qlobal birliyə gələcəkdə işlərin necə qurulmalı olduğu barədə düşünməyə kömək edir".
R.Savilyano əlavə edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası birliyi ilə əməkdaşlıq, hazırda Ümumdünya Şəhərsalma Forumu, COP29 çərçivəsindəki fəaliyyətlər və UN-Habitat (BMT-nin İnsan Məskənləri Proqramı) ilə əməkdaşlıq, bütün bunlar Azərbaycan hökumətinin bu işə sadiqliyinin göstəricisidir.
Ordu.az