Ordu.az-ın məlumatına görə, bunu Kolumbiya nümayəndəsi Maria Abandanp Eskobar (Maria Abandanp Escobar) Bakıda WUF13 çərçivəsində keçirilən "İki region, bir gündəm: inklüziv şəhər yenilənməsi üçün dərslər" adlı panel müzakirəsində bəyan edib.
Onun sözlərinə görə, Kartaxena şəhər hakimiyyəti şəhər inkişafı layihələrinin həyata keçirilməsində sakinlərlə birgə işə xüsusi diqqət yetirir.
"Bizim merin sevimli şüarı var: "Danışmaq və eyni zamanda insanları eşitmək". Yeni təşəbbüslərin hazırlanmasında məhz sakinlər bizi istiqamətləndirir", - şəhər nümayəndəsi vurğulayıb.
O qeyd edib ki, layihələrdən biri çərçivəsində 20 ildən artıq taxta dirəklər üzərindəki evlərdə yaşayan 120-dən çox ailə şəhərin müxtəlif rayonlarında yeni sosial mənzillərə köçürülüb.
"Bu, mürəkkəb proses idi, çünki bir çox sakin kommunal xidmətləri ödəyə və yeni həyat tərzinə uyğunlaşa biləcəklərinə əmin deyildilər", - o deyib.
Kolumbiya nümayəndəsi vurğulayıb ki, hakimiyyət şəhəri yalnız turizm sənayesinin deyil, sakinlərin maraqlarını nəzərə alaraq inkişaf etdirməyə çalışır.
"Biz yalnız turizmə deyil, həm də şəhər sakinlərinin özlərinə investisiya qoymalıyıq, çünki bundan bütün şəhər sistemi fayda əldə edir", - o qeyd edib.
Ordu.az