Vahid Hacıyev: "Qarabağda yaşayış məntəqələri ağıllı idarəetmə sisteminə inteqrasiya olunur"

2026/05/Ekran-1779267555.jpg
Oxunub: 234     12:07     20 May 2026    
Qarabağda yaşayış məntəqələri ağıllı idarəetmə sisteminə inteqrasiya olunur.

Ordu.az xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində bildirib.

"Bu gün işimizi qurmaq üçün istifadə etdiyimiz digər bir mühüm məqam – söhbət təkcə evlərin tikilməsindən getmir, həm də həmin kənd və şəhərləri necə idarə etməyimizdən gedir. Bu gün tətbiq etdiyimiz sistemlərdən biri də ağıllı idarəetmə sistemidir. Bu sistem mahiyyətcə, kəndlərin baş planlarını inteqrasiya edən Coğrafi İnformasiya Sistemi (CİS - GIS) platformasıdır. Yeri gəlmişkən, o, yaratdığımız bütün kənd və şəhərləri həmin baş planlara inteqrasiya edir. Bu isə bizə yaşayış məntəqələrinin daha səmərəli planlaşdırılmasına, tikintisinə və idarə olunmasına imkan verir. ​Beləliklə, demək olar ki, bütün torpaq sahələri, binalar, yollar, kommunal xidmətlər, enerji, qaz, su, rabitə xətləri – hamısı həmin idarəetmə sistemində qeyd olunub (xəritələşdirilib). Bu platforma bizə tikinti və infrastruktura real vaxt rejimində monitorinq aparmağa imkan verir, daha sürətli qərar qəbul etməyi dəstəkləyir və gələcək inkişafı daha effektiv idarə etməyə kömək edir", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vahid-Hacıyev   Qarabağ  


Bizi "telegram"da izləyin