Sarkisyan Ermənistan hakimiyyətini “təxribatçı və fəlakətli rejim” adlandırıb

2026/05/1779265310.jpg
Oxunub: 311     12:12     20 May 2026    
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ölkədə mövcud hakimiyyəti “fəlakətli rejim” adlandıraraq vətəndaşları seçkilərdə iştirak etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın üçüncü prezidentinin “Facebook” səhifəsində yayımlanan videomüraciətdə bildirilib.

Sarkisyan qeyd edib ki, vətəndaşları seçki məntəqələrinə getməyə və Ermənistanın hazırkı alçaldılmasına son qoyacaq siyasi qüvvələrə səs verməyə inandırmaq üçün bütün imkanlardan istifadə edəcəklər.

O, həmçinin mövcud hakimiyyəti “təxribatçı və fəlakətli rejim” adlandırıb.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə 2 blok və 17 partiya olmaqla ümumilikdə 19 siyasi qüvvə iştirak edir. Sarkisyanın rəhbərlik qetdiyi Ermənistan Respublikaçılar Partiyası seçkilərdə iştirak etmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin