Ordu.az xəbər verir ki, liderlər hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi, həmçinin mehriban qonşuluq, dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi ilə bağlı birgə bəyanat da imzalayıblar.
Uşakovun sözlərinə görə, bu kifayət qədər geniş proqram sənədidir və burada Rusiya ilə Çin arasında çoxtərəfli ikitərəfli əlaqələrin inkişafının əsas istiqamətləri, beynəlxalq gündəliyin aktual məsələləri üzrə ortaq baxış və qlobal işlərdə qarşılıqlı fəaliyyətin əsas formatları müəyyən edilib.
Qeyd edək ki, Putin Si Cinpinin dəvəti ilə iki günlük rəsmi səfər çərçivəsində Çinə gedib. Səfər ikitərəfli əlaqələr üçün fundamental əhəmiyyət daşıyan “Mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında” müqavilənin imzalanmasının 25 illiyinə həsr olunub.
Sevinc Əliyeva
Ordu.az