Putin və Si Cinpinin danışıqları geniş tərkibdə davam etdirilib

2026/05/1779260938.jpg
Oxunub: 317     11:08     20 May 2026    
Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında danışıqlar 2026-cı il mayın 20-də geniş tərkibdə davam etdirilib.

Ordu.az xəbər verir ki, Rusiya prezidenti bu barədə görüş zamanı açıqlama verib.

“Bir qədər əvvəl [Çin prezidenti Si Cinpinlə] ənənəvi, səmimi və etibarlı atmosferdə ikitərəfli əməkdaşlığın mühüm məsələləri üzrə məzmunlu danışıqlar apardıq. İndi isə daha geniş tərkibdə müzakirələri davam etdirəcəyik”, - deyə Putin bildirib.

Liderlərin görüşü həmin gün başlayıb və Pekindəki Xalq Nümayəndələri Yığıncaqları Evində keçirilir.

Məlumata görə, görüşlər zamanı Rusiya və Çin tərəfləri Mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilənin müddətini uzadıblar, həmçinin bir sıra sazişlər imzalayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Cinpin  


Bizi "telegram"da izləyin