Ordu.az xəbər verir ki, Putin bu barədə geniş tərkibli görüşün başlanğıcında danışıb.
“Bir qədər əvvəl [Çin prezidenti Si Cinpinlə] ənənəvi, səmimi və etibarlı atmosferdə ikitərəfli əməkdaşlığın mühüm məsələləri üzrə məzmunlu danışıqlar apardıq. İndi isə daha geniş tərkibdə müzakirələri davam etdirəcəyik”, - deyə Rusiya lideri bildirib.
Putin əlavə edib ki, ənənəyə uyğun olaraq beştərəfli hökumətlərarası komissiyaların fəaliyyəti ilə bağlı hesabatları onların həmsədrləri olan baş nazir müavinləri təqdim edəcəklər.
Onun sözlərinə görə, xarici işlər nazirləri isə beynəlxalq platformalarda həyata keçirilən koordinasiya barədə məlumat verəcəklər.
Sevinc Əliyeva
Ordu.az