Ordu.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə erməni ekspert Suren Sarkisyan yazıb.
Onun sözlərinə görə, Ermənistan KTMT və Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalır, Rusiya hələ də Ermənistanın ən böyük ticarət tərəfdaşıdır, Ermənistan atom elektrik stansiyası Rusiya ilə birgə xidmət göstərilməyə davam edir və Ermənistanda Rusiya hərbi bazası yerləşməkdə davam edir.
“Bu səbəbdən suverenlik və Rusiyanın təsirindən azad olmaq istiqamətində addımlar barədə iddiaların reallıqla ən azı əlaqəsi yoxdur. Aşağı və orta səviyyələrdə mövcud olan sözlü mübahisələrə gəldikdə isə, onlar yalnız ritorika çərçivəsində qalır.
Üstəlik, ən yüksək səviyyədə münasibətlər kifayət qədər isti, təmaslar isə fəaldır. Yeri gəlmişkən, Ukrayna və Gürcüstanın Avropayönlü liderləri ilə belə münasibətlər olmayıb.
Buna görə də Ermənistan hakimiyyətini anti-Rusiya adlandırmazdım, həmçinin Rusiya hakimiyyətinin Ermənistanın mövcud hakimiyyətinin yenidən formalaşmasına mane olacağını düşünmürəm.
Hətta seçkilərdən sonra Ermənistan hakimiyyətini qələbə münasibətilə təbrik edən ilk şəxslərdən birinin, bəlkə də birincisinin məhz Rusiya prezidenti olacağına təəccüblənmərəm. Əks fikirlər və arqumentlər olarsa, məmnuniyyətlə dinləyərəm”, - deyə o yazıb.
Alpər Mövludoğlu
Ordu.az