“Joğovurd”: “Güclü Ermənistan” tərəfdarlarının həbslərindən sonra erməni polkovnikin mənzilində də axtarış aparılıb

2026/05/1779256404.jpg
Oxunub: 360     09:52     20 May 2026    
Ermənistan Anti-Korrupsiya Komitəsinin dünən həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar çərçivəsində erməni polis polkovniki Nairi Sukiasyanın evində də axtarış aparılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qəzetin məlumatına görə, Ermnistan Anti-Korrupsiya Komitəsində araşdırılan və seçki rüşvəti alma, eləcə də xeyriyyəçilik qadağasının pozulması ilə bağlı iddia olunan faktları əhatə edən cinayət işi çərçivəsində bir qrup şəxs saxlanılıb.

Məlumata görə, saxlanılan şəxslər “Güclü Ermənistan” partiyasının tərəfdarlarıdır.

Həbs olunanlar arasında iki qadının da olduğu bildirilib.

Qəzetin hüquq-mühafizə orqanlarındakı mənbələrinin sözlərinə görə, eyni proses çərçivəsində erməni polis polkovniki Nairi Sukiasyan da hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb.

Bildirilib ki, hüquq-mühafizə əməkdaşları onun mənzilində də axtarış aparıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sukiasyan  


Bizi "telegram"da izləyin