Ermənistanda seçki işləri sistemdə gərginlik yaradıb: “Hamını dinləməyə çatdırmırlar”

2026/05/1779256130.jpg
Oxunub: 378     09:44     20 May 2026    
Ermənistanın hüquq-mühafizə sistemində seçki rüşvəti ilə bağlı başlanmış cinayət işləri fonunda müəyyən qarışıqlıq yaranıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qəzetin məlumatına görə, son dövrlər hüquq-mühafizə orqanları mütəmadi olaraq səs yazıları yayımlayır və həmin materiallarda rəsmi açıqlamalara əsasən ayrı-ayrı müxalifət partiyaları ilə əlaqəli şəxslər seçki prosesləri ilə bağlı razılaşmaları müzakirə edirlər.

“Joğovurd” qəzetinin Ermənistanın hüquq-mühafizə dairələrinə yaxın mənbələrinin sözlərinə görə, bu proseslərin aktivləşməsi ilə paralel olaraq sistemdə texniki və insan resursları problemi yaranıb.

Xüsusilə dinləmələr üçün lazım olan avadanlıqların və bu işi həyata keçirən mütəxəssislərin çatışmazlığı olduğu, hamını dinləməyə imkan çatmadığı bildirilib.

“Hüquq-mühafizə orqanları seçki rüşvəti ilə bağlı işlər çərçivəsində maraq doğuran bütün şəxsləri operativ şəkildə dinləməyə sadəcə vaxt tapa bilmirlər. Məlumata görə, rəhbərlərin xəbərdarlıq etdiyi kimi, qarşıdakı günlərdə sistemdə həddindən artıq gərgin vəziyyət gözlənilir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin