Ordu.az xəbər verir ki, Çin səfəri zamanı Putini Rusiya Federasiyasının beş baş nazir müavini, səkkiz nazir, prezident administrasiyasının nümayəndələri və iri biznes təmsilçiləri müşayiət edir.
İki ölkə lideri ikitərəfli əməkdaşlığın bütün istiqamətlərini, həmçinin əsas regional və beynəlxalq məsələləri müzakirə etməyi planlaşdırır.
2026-cı il mayın 20-də Putin Pekindəki Xalqın Böyük Zalına gəlib.
Si Cinpin Rusiya prezidentini şəxsən qarşılayıb. İki ölkənin liderləri Tyananmen meydanında əl sıxaraq bir-birlərini salamlayıblar.
Təntənəli mərasimdə fəxri qarovul dəstəsi, orkestr, həmçinin əllərində Rusiya və Çin bayraqları, eləcə də güllər olan uşaqlar iştirak edib.
Sevinc Əliyeva
Ordu.az