“Hraparak”: Qisas baş tutmadı, Paşinyan və onun komandası Taşirdə ikinci sarsıdıcı zərbəni aldı

2026/05/1779255223.jpg
Oxunub: 373     09:31     20 May 2026    
Nikol Paşinyan və onun komandası dünən Taşir icmasında ikinci sarsıdıcı zərbə alıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, bir neçə gün əvvəl Suren Papikyanın uğursuz təşviqatını düzəltmək, qisas almaq məqsədilə “Vətəndaş Müqaviləsi”nin hərəkətli qrupu ilə Loriyə, Taşirə gedən Paşinyan dünən yarıboş meydanda mini mitinq və çıxış edib.

“İrəvandan bir neçə avtobus insan aparılsaydı da, guya meydanın dolu olduğunu göstərmək üçün şəkil çəksinlər deyə, Taşir sakinləri, Papikyanı bir neçə gün əvvəl rədd etdikləri kimi, eyni münasibəti Nikol Paşinyana da göstəriblər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin