Ordu.az xəbər verir ki, sənəd BƏƏ-nin müdafiə məsələləri üzrə dövlət naziri Mübarək bin Fadel əl-Məzruinin Fransaya rəsmi səfəri çərçivəsində imzalanıb.
BƏƏ Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsində yayılan bəyanatında bildirilib ki, tərəflər müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanma mərasimində iştirak ediblər.
Bəyanatda qeyd olunub ki, bu addım ikitərəfli münasibətlərin dərinliyini və BƏƏ ilə Fransa arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın inkişafına yönəlmiş ümumi öhdəliyi əks etdirir.
Nazirlik əlavə edib ki, tərəflər iki dost ölkə arasında müdafiə və strateji münasibətlərin möhkəmləndirilməsi yollarını da müzakirə ediblər.
Sevinc Əliyeva
Ordu.az