Paşinyanın müavini Litva XİN rəhbəri ilə görüşüb

2026/05/1779253920.jpg
Oxunub: 331     09:08     20 May 2026    
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan rəsmi səfərlə Ermənistanda olan Litva xarici işlər naziri Kestutis Budrisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər regional və ikitərəfli məsələləri müzakirə ediblər.

“Mher Qriqoryan 2026-cı il mayın 19-da iki ölkənin xarici işlər nazirləri arasında imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannaməni alqışlayaraq Litvanın Ermənistanın dayanıqlığının artırılması proqramlarında fəal iştirakını yüksək qiymətləndirib.

Nazir Budrisin xahişi ilə baş nazirin müavini regional bağlantılar gündəliyi, Ermənistanın dayanıqlı inkişafı və “sülh baxışı” barədə də danışıb.

Avropa İttifaqının dəstəyi ilə Ermənistan hökumətinin həyata keçirdiyi genişmiqyaslı islahatlar kontekstində tərəflər müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivlərinə toxunub və topladıqları təcrübəni bölüşməyə hazır olduqlarını bildiriblər”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Litva  


Bizi "telegram"da izləyin