Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə ediblər.
“Arpine Sarkisyan formalaşmış sıx əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, zaman keçdikcə bu münasibətlər möhkəm dostluq əlaqələrinə çevrilib və praktiki nəticələr verib.
Müzakirələr zamanı bir sıra əsas məsələlərə toxunulub. Xüsusilə tərəflər kibertəhlükəsizlik laboratoriyasının yaradılması prosesini nəzərdən keçirib və yaxın günlərdə laboratoriyanın texniki təchizatı və avadanlıqların tədarükü prosesinə başlanacağını qeyd ediblər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az