CNN: ABŞ Senatı Trampın hərbi səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib

2026/05/1779253839.jpg
Oxunub: 365     09:03     20 May 2026    
ABŞ Senatının prezident Donald Trampın hərbi səlahiyyətlərini məhdudlaşdıracaq qanun layihəsini təsdiqlədiyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“Məlumata görə, Senat prezident Donald Trampın hərbi səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Layihəyə əsasən, İrana qarşı gələcək istənilən hərbi əməliyyat Konqresin məcburi təsdiqinə təqdim olunmalıdır”, - deyə məlumatda bildirilib.

Telekanalın məlumatına görə, təşəbbüsü 50 senator dəstəkləyib, 47 senator isə əleyhinə səs verib.

Qeyd olunub ki, qanun layihəsinin qəbulunun lehinə demokratların əksəriyyəti və dörd respublikaçı səs verib.

Əleyhinə isə Respublikaçılar Partiyasının əksər nümayəndələri və bir demokrat senator çıxış edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Senat   Tramp  


Bizi "telegram"da izləyin