Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Cinayət Polisi Baş İdarəsi və İrəvan Şəhər İdarəsinin əməkdaşlarının birgə tədbirləri nəticəsində əldə olunmuş məlumatlar əsasında, İrəvan Şəhər İstintaq İdarəsi ilə əməkdaşlıq çərçivəsində əməliyyat keçirilib.
Axtarışlar zamanı bir kiloqramdan artıq kristala bənzər maddə olan bağlama, kristal görnüşlü maddə, ağ izləri olan kolba, həmçinin morfin, marixuana və “şoko” tipli narkotik vasitələrə bənzər maddələr, “şoko” ilə doldurulmuş damcılıq və ov tüfəngləri aşkarlanıb.
Məlumatda saxlanılan şəxslərin olduğu da qeyd edilib. Faktla bağlı istintaq tədbirlərinin davam etdirildiyi bildirilib.
Alpər Mövludoğlu
Ordu.az