Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri məlumat yayıb.
Məlumata görə, görüşün əsas mövzusu Ermənistanda kiçik modul reaktorunun (SMR) tikintisi imkanları və texniki perspektivlərinin müzakirəsi olacaq.
Qeyd olunur ki, səfər Ermənistanın yeni atom enerji blokunun texnologiyasının seçimi ilə bağlı mühüm qərar mərhələsində olduğu dövrə təsadüf edir.
Bildirilir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramına əsasən, 2027-ci ilin sonuna qədər yeni nüvə enerji blokunun texnologiyası ilə bağlı yekun seçim edilməli və həyata keçirilməlidir.
Eyni zamanda proqramın 75-ci bəndinə əsasən, Ermənistan Atom Elektrik Stansiyasının fəaliyyətdə olan 2-ci enerji blokunun istismar müddətinin 2026-2036-cı illər üçün yenidən uzadılması nəzərdə tutulur. Bu isə Ermənistanın hələ də Rusiya nüvə texnologiyalarından istifadə etməyə davam edəcəyini göstərir.
Mənbənin iddiasına görə, qarşıdan gələn seçkilər öncəsi hakim siyasi qüvvə və seçkilərdə iştirak edən qərbyönlü qüvvələr bu mövzudan yenidən fəal şəkildə istifadə etməyə çalışacaq və Ermənistanın artıq ABŞ variantına üstünlük verməyə meyilləndiyi tezisini gündəmə gətirəcəklər.
Xatırladaq ki, 2026-cı il fevralın 9-u İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-nin vitse-prezidenti Cey Di Vens nüvə enerjisi sahəsində əməkdaşlığa dair “123” adlı saziş üzrə danışıqların başa çatması haqqında birgə bəyanat imzalamışdılar.
Vens sənədin tam təsdiqlənməsindən sonra ABŞ və Ermənistan şirkətləri arasında mülki nüvə layihələri üzrə sazişlərin imzalanması üçün yol açılacağını bildirib.
Alpər Mövludoğlu
Ordu.az