“Paşinyanın jarqonu Avropada hər hansı siyasətçini siyasi meyitə çevirərdi” - Köçəryan

2026/05/1779208174.jpg
Oxunub: 377     20:24     19 May 2026    
Ermənistanın ikinci prezidenti və baş nazir postuna namizəd Robert Köçəryan Nikol Paşinyanın seçki kampaniyası dövründəki davranışını və ritorikasını sərt tənqid edib.

Ordu.az xəbər verir ki, Köçəryan bu barədə Gümrü sakinləri ilə “Ermənistan” blokunun nümayəndələrinin görüşü zamanı danışıb.

O bildirib ki, Paşinyanın itkin düşmüş şəxsin bacısına qarşı davranışı və qadınla kobud şəkildə danışması qəbuledilməzdir.

“Dünən və srağagün İrəvanda elə səhnələr yaşanırdı ki, mən utancımdan yanırdım. Heç vaxt görməmişdim ki, vəzifəli şəxs qadınla belə danışsın və bunun mümkün olduğunu düşünmürdüm”, - deyə Köçəryan bildirib.

Ermənistanın ikinci prezidenti deyib ki, Paşinyanın jarqonu Avropada hər hansı siyasətçini siyasi meyitə çevirərdi.

Onun sözlərinə görə, Avropada hər hansı siyasətçi və ya məmur belə davranışa görə dərhal siyasi nüfuzunu itirərdi.

“Onların bu qədər sevdiyi Avropada unitazlar belə onların jarqonundan daha təmizdir”, - deyə Köçəryan vurğulayıb.

Sabiq erməni prezident qeyd edib ki, dövlət rəhbəri cəmiyyət üçün nümunə formalaşdırır və vətəndaşın necə davranmalı olduğunu göstərir.

“Bu adamın etdikləri Azərbaycanın xeyrinədir, yəqin ki, onların göstərişi ilə həyata keçirilir”, - deyə o iddia edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin