Ordu.az xəbər verir ki, bunu emrəni politoloq və “Çiçəklənən Ermənistan” partiyasının siyahısı ilə deputatlığa namizəd Andranik Tevanyan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, insan qorxduğu zaman yüksək səslə danışmağa və qışqırmağa başlayır, Paşinyanın davranışında da məhz bu psixoloji vəziyyət müşahidə olunur.
“Paşinyan qışqırmağa, çığırmağa başlayır və ümumiyyətlə erməni dəyərlərinə uyğun olmayan davranışlar sərgiləyir”, - deyə Tevanyan bildirib.
Erməni politoloq baş nazir və onun komandasının davranışlarını tənqid edərək qadınlara qarşı kobud münasibətin, mübahisəli və aqressiv ritorikanın nə siyasi, nə də ictimai-mənəvi normalara uyğun gəldiyini qeyd edib.
“Bu, hətta məhəllə səviyyəsində oğlan münasibətlərində belə qəbul edilmir. Siyasi, hüquqi və mənəvi baxımdan bu cür davranış bizim üçün qəbuledilməzdir və qınanmalıdır”, - deyə o vurğulayıb.
Tevanyan hesab edir ki, Paşinyan hakimiyyəti itirməkdən və Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin vəziyyətinə düşməkdən qorxur.
Onun sözlərinə görə, baş nazirin “deyəcək sözü olmadığı” üçün şəxsi təhqirlərə əl atır.
“Hakimiyyət son vaxtlar baş verən bir sıra hadisələrlə bağlı ictimaiyyətə cavab verməlidir”, - deyə Tevanyan qeyd edib.
O, xüsusilə poster cırılması hadisəsinə görə saxlanılan gəncin vəziyyətini xatırladaraq hakimiyyətin addımlarının onu faciəvi duruma saldığını iddia edib.
Tevanyan həmçinin hakimiyyəti Qarabağı “xəyanətlə təhvil verməkdə” ittiham edib və hazırda Ermənistan ərazilərinin güzəştə hazırlanıldığını iddia edib.
O bildirib ki, hakimiyyətin siyasəti müharibə və məğlubiyyətə, eləcə də Ermənistanın xarici əlaqələrinin gərginləşməsinə, xüsusilə erməni-rus münasibətlərinin pisləşməsinə səbəb olub.
“Əgər ticarət dövriyyəmizin 30 faizdən çoxu Rusiya ilədirsə və ötən ilin göstəricilərinə görə bu rəqəm 7 milyard dolları keçibsə, münasibətlərin pozulmasının kimə sərf etdiyini düşünmək lazımdır. Bu, açıq şəkildə Ermənistanın düşmənlərinə sərf edir”, - deyə Tevanyan bildirib.
Erməni politoloq Paşinyanın Türkiyə-Azərbaycan gündəliyini həyata keçirdiyini iddia edib və məhz buna görə məzmunlu müzakirələrdən yayındığını, şəxsi təhqirlərə üstünlük verdiyini söyləyib. “Təhqir arqument çatışmazlığının göstəricisidir”, - deyə o qeyd edib.
Tevanyan müxalif qüvvələri və vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağıraraq Paşinyanın rəhbərlik etdiyi hökumətin dəyişdirilməsinin vacibliyini vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az