Ermənistan parlamentinin sədri Alen Simonyan “Telegram” kanalında “Güclü Ermənistan” partiyasının üzvü Narek Karapetyanla bağlı sənəd paylaşaraq onun Rusiya vətəndaşı olub-olmadığını soruşub.
Ordu.az xəbər verir ki, Simonyan paylaşımına erməni və rus dillərində şərh əlavə edib.
“Narek Karapetyan Rusiya vətəndaşıdırmı?” - deyə o yazıb.
Paylaşılan sənədin məzmunu barədə əlavə məlumat verilməyib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Simonyan
Ermənistan
Karapetyan