Overçuk: “Ermənistanın statusu mayın 29-da Astanada müzakirə olunacaq”

2026/05/1778853751.jpg
Oxunub: 411     19:39     19 May 2026    
“Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin rəhbərləri mayın 29-da Astanada keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın statusunu müzakirə edəcəklər”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Ovərçuk TASS agentliyinə müsahibəsində bildirib.

“Orada Avrasiya İqtisadi Birliyində Ermənistanın statusu mövzusunda müzakirə aparılacaq. Məsələ çox mürəkkəbdir. Biz Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmasını istəmirik, Ermənistanın inkişaf etməsini istəyirik, lakin Avropa İttifaqına qoşulacağı və ya yaxınlaşacağı halda yaranacaq problemləri də görürük. Prinsip etibarilə həmin problemlər artıq ortaya çıxmağa başlayıb”, - deyə Ovərçuk qeyd edib.

O diqqətə çatdırıb ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü dövründə, son 11 ildə ölkədə həyat səviyyəsi və ÜDM əhəmiyyətli dərəcədə artıb.

“Bütün bunlar əsasən Avrasiya İqtisadi Birliyinə üzvlüyün verdiyi iqtisadi üstünlüklər sayəsində baş verir. Heç kim Ermənistan üçün bunu əvəz edə bilməz”, - deyə Rusiya rəsmisi vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin