Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.
Məlumata görə, tərəflər Ermənistan-Litva ikitərəfli münasibətlərinin geniş gündəliyinə aid məsələləri müzakirə edib və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdiriblər.
“Həmsöhbətlər həmçinin Ermənistan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq gündəliyinə dair məsələlərə və Aİ ilə vizaların liberallaşdırılması istiqamətində aparılan dialoqa toxunublar.
Tərəflər Avropa Komissiyasının Ermənistana təqdim etdiyi Vizaların Liberallaşdırılması üzrə Fəaliyyət Proqramının icrasına dair ilk hesabatı məmnunluqla qeyd ediblər.
Hesabatda Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə vizasız rejim üçün zəruri islahatları həyata keçirmək istiqamətində siyasi iradəsi yüksək qiymətləndirilib”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az