Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və baş nazir postuna namizəd Robert Köçəryan Aşotskda KİV nümayəndələri ilə söhbəti zamanı danışıb.
O, Baş nazir Nikol Paşinyanın davranışına, cilovsuz çıxışlarına və açıq təhdidlərinə toxunaraq bildirib ki, “bu xəstə mərhəmətə ehtiyac duyur”, səbəbləri isə psixiatrlar izah etməlidir.
Köçəryan seçkiqabağı təşviqatın qanun çərçivəsindən çıxıb-çıxmadığı ilə bağlı suala cavabında qeyd edib ki, bu, çoxdan baş verib.
“Əgər hər hansı müxalifətçi belə təhdidlərlə çıxış etsəydi, artıq həbs olunmuşdu. Düşünürəm ki, onun yaxınlarından bəzilərini də aparmışdılar. Hər şey çoxdan qanun çərçivəsindən çıxıb və xalqımız buna adekvat cavab verməlidir. Həmin adekvat cavab isə iyunun 7-də “Vətəndaş Müqaviləsi”nə vurulacaq sillə olacaq”, - deyə Köçəryan bildirib.
“1 Mart” işi ilə bağlı açıqlamalara münasibət bildirən Köçəryan vurğulayıb ki, heç bir qətl hadisəsi açılmayıb və hakimiyyət özlərinin məsuliyyətə cəlb olunmaması üçün məsələnin dərinləşdirilməsinə çalışmır.
Alpər Mövludoğlu
Ordu.az