Ordu.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu" adlı tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir qeyd edib ki, həmin görüş çərçivəsində Energetika Nazirliyi qərargahı Azərbaycanda yerləşəcək D8 İqlim və Enerji Mərkəzinin nizamnaməsini təqdim edəcək.
“Bu mərkəz D8 ölkələrində davamlı enerji layihələri üçün regional platforma rolunu oynayacaq və bərpa olunan enerji, enerji səmərəliliyi və digər iqlim təşəbbüslərinin təşviqinə töhfə verəcək.
İnteqrasiya olunmuş planlaşdırma vasitəsilə biz enerji keçidini sürətləndirə, şəhərləri daha dayanıqlı, davamlı və yaşamaq üçün əlverişli məkanlara çevirə bilərik”.
Nazir əlavə edib ki, bu platforma dayanıqlı, inklüziv və enerji baxımından səmərəli şəhərlərin inkişafını dəstəkləyəcək, əməkdaşlığı gücləndirəcək və D8 regionunda davamlı şəhər inkişafına töhfə verəcək.
Ordu.az