Ordu.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forum çərçivəsidə keçirilən
“D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu" panel sessiyasında deyib.
A.Quliyev bildirib ki, şəhərlərin yaşıl və dayanıqlı məkanlara çevrilməsi innovativ həllər, güclü tərəfdaşlıqlar və resursların səfərbər edilməsini tələb edir: “Bu məqsədlərə nail olmaq üçün bizə lazım olan alət və təcrübələrin təmin edilməsində beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
D8 platforması praktiki və nəticəyönümlü təşəbbüsləri dəstəkləməklə, maraqlı tərəflər arasında əməkdaşlığı gücləndirməklə mühüm fəaliyyət katalizatoruna çevrilə bilər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cari və gələcək D8 təşəbbüslərinə töhfə verməyə hazırdır və ümid edirik ki, bugünkü müzakirələr bizi ümumi məqsədlərimizə daha da yaxınlaşdıracaq”.
O vurğulayıb ki, WUF13 gələcək illərdə mənzil və davamlı şəhər inkişafı üzrə istiqamətləri müəyyənləşdirəcək Bakı Çağırışı adlı kollektiv bəyannamə ilə yekunlaşacaq.
Ordu.az