İspaniyalı nümayəndə: "WUF13 qlobal problemləri müzakirə etmək üçün yaxşı platformadır"

2026/05/Ekran-1779192081.jpg
Oxunub: 287     15:47     19 May 2026    
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qlobal problemləri müzakirə etmək və ittifaqlar qurmağa çalışmaq üçün çox yaxşı bir platformadır.

Ordu.az xəbər verir ki, bunu İspaniyanın Sosial Hüquqlar, İstehlakçı İşləri və 2030 Gündəliyi Nazirliyində 2030 Gündəliyi üzrə baş direktor David Perejil WUF13 çərçivəsində keçirilən "Köçkünlüyün ön xəttində şəhərlər - inklüzivlik və davamlılıq üçün idarəetmə" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Cənubi Avropada mənzil xərclərinin maliyyələşməsi məsələləri, eləcə də mənzil problemlərinin iqlim dəyişikliyi ilə əlaqələndirilməsi çox vacibdir:

"Biz insan hüquqları perspektivinə, beynəlxalq hüquqa çox sadiq olmalıyıq. Bu, İspaniya hökumətinin bütün məsələlərə yanaşma tərzidir".

İspaniyalı nümayəndə həmçinin bildirib ki, mənzil məsələsi bütün dünyada ən əsas problemlərdən və mövzulardan biridir:

​"Biz beynəlxalq gündəliyə uyğun addımlar atırıq və bu modeldən çox məmnunuq. İspaniya hər şeyi, xüsusilə də, monitorinqi və məlumatları təkmilləşdirir. Biz həmçinin iqlimə uyğunlaşma məsələsini də həll etməliyik, kəmiyyətdən keyfiyyətə keçməliyik. Eyni zamanda, vətəndaşlarımız üçün mənzil məsələsini həll etməliyik. Bunun üzərində çox ciddi işləyirik və sözügedən məsələni Cenevrədə də müzakirə etmişik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   WUF13  


Bizi "telegram"da izləyin