Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həyat Keyfiyyəti Proqramı Mərkəzinin nümayəndəsi Abdulla C. Əlhərbi WUF13 çərçivəsindəki panel müzakirəsi zamanı bildirib.
"Bu günə qədər qarşıya qoyulan məqsədlərə çatmağa kömək edən yüzlərlə ayrı-ayrı layihəni özündə cəmləşdirən 170-dən çox təşəbbüs həyata keçirilib", - o vurğulayıb.
Nümunə olaraq Əlhərbi Səudiyyə Ərəbistanında idman infrastrukturunun inkişafını göstərib.
Onun sözlərinə görə, bunun sayəsində müntəzəm olaraq fiziki aktivliklə məşğul olan yetkin insanların payı 2016-cı ildəki 13 %-dən hazırda 59 %-ə yüksəlib.
Onun sözlərinə görə, şəhər planlaşdırması insanların gündəlik həyatına birbaşa təsir göstərir.
O bildirib ki, Mərkəz tərəfindən həyata keçirilən "Quality of Life" proqramı 2016-cı ildə "Saudi Vision" 2030-un işə salınmasından sonra yaradılıb və ölkənin 10 strateji məqsədinin həyata keçirilməsinə cavabdehdir.
Əlhərbinin sözlərinə görə, proqram şəhər inkişafı, turizm, idman, mədəniyyət və infrastruktur kimi sahələri əhatə edir.
Ordu.az