Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Vladimir Yevseyev Ermənistanın Aİ-yə üzv olması imkanını şərh edərkən bildirib.
O qeyd edib ki, Ermənistanın daxili siyasi həyatı seçki kampaniyasının gərgin mərhələsinə daxil olsa da, Ermənistan-Rusiya münasibətlərində yaranmış vəziyyət həm siyasi dairələrdə, həm də ictimaiyyət arasında geniş müzakirə olunur.
Analitikin sözlərinə görə, xüsusilə Rusiyada biznes fəaliyyəti ilə məşğul olan ermənilər mümkün iqtisadi sanksiyalar və məhdudiyyətlərlə bağlı narahatdırlar.
Vladimir Yevseyev hesab edir ki, hər bir dövlət öz xarici siyasətini müstəqil müəyyənləşdirmək hüququna malikdir və bu, Ermənistana da aiddir.
Bununla yanaşı, o vurğulayıb ki, Rusiya Ermənistanın Avropa inteqrasiyası kursunun Avrasiya inteqrasiyası ilə necə uzlaşacağını anlamaq istəyir.
“Bu iki istiqamət yalnız uyğun deyil, həm də geosiyasi baxımdan qarşıdurma vəziyyətindədir. Rusiya, Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı fərqli düşərgələrdə yer alır”, - deyə analitik bildirib.
Yevseyev qeyd edib ki, Rusiya Avrasiya İqtisadi Birliyinin digər üzv ölkələrinə də bu məsələni müzakirə etməyi və yaranmış vəziyyətlə bağlı mövqe bildirməyi təklif edir.
“İlk dəfədir ki, Avrasiya İqtisadi Birliyinə üzv olan ölkə Avropa İttifaqına üzvlük istəyi nümayiş etdirir və bu məsələ müzakirə olunmalıdır. Bütün üzv ölkələr öz mövqeyini bildirməlidir”, - deyə o vurğulayıb.
Analitik əlavə edib ki, əgər Ermənistan həqiqətən Avropa İttifaqının ticarət zonasına yaxınlaşmağa başlasa, bu halda Ermənistan ilə Avrasiya İqtisadi Birliyi arasındakı münasibətlər əvvəlki qaydada fəaliyyət göstərə bilməyəcək.
“Bu məsələlər əvvəlcədən müzakirə olunmalıdır ki, gələcəkdə əməkdaşlıq zamanı problemlər yaranmasın”, - deyə Yevseyev bildirib.
Alpər Mövludoğlu
Ordu.az